Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Milli.Az qol.az-a istinadən bildirir ki, “Land of fire Azerbaijan” formalı “Atletiko” (Madrid) səfərdə “Çelsi”nin qonağı olub. Oyunda hesabı meydan sahibləri açsalar da, madridlilər buna üç qolla cavab veriblər. Görüş 3:1 hesabı ilə “Atletiko”nun xeyrinə başa çatıb. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından bu qələbə “Atletiko”nu finala yüksəldib.
Milli.Az bildirir ki, ilk dəfə olaraq Çempionlar Liqasının yarımfinalında bütün dünya qalib komandanın
oyunçularının sinəsində Azərbaycanımızın adını gördü. Arda Turan isə Çempionlar Liqasının yarımfinalında qol
vuran ilk türk oldu.
Xatırladaq ki, “Atletiko” həlledici oyunda digər Madrid klubu “Real”la qarşılaşacaq. Bununla da Çempionlar Liqası tarixində ilk dəfə bir şəhərin iki komandası finalda oynayacaq. Final oyunu mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.
30 aprel
Çempionlar Liqası, yarımfinalın cavab oyunları
23:45. “Çelsi” (İngiltərə) – “Atletiko” (Madrid, İspaniya) – 1:3 (İlk oyun – 0:0)
Qollar: Torres, 36 (1:0), Adrian, 44 (1:1), Kosta, 61-pen. (1:2), Arda Turan, 72 (1:3)
29 aprel
“Bavariya” (Almaniya) – “Real” (Madrid, İspaniya) – 0:4 (İlk oyun – 0:1)
Qollar: Serxio Ramos, 16 (0:1), 19 (0:2), Ronaldo, 33 (0:3), 90 (0:4)