Bob Dilan ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

0
445

Amerikalı musiqiçi və yazıçı Bob Dilan ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Bu barədə İsveç Akademiyasının daimi katibi Sara Danius mətbuat konfransında məlumat verib. S.Danius deyib ki, Bob Dilan yaradıcılığı ilə Amerika musiqi ənənəsində yeni poetik ifadələr yaratdığına görə bu mükafata layiq görülüb.

Rok musiqiçisi Bob Dilan 1941-ci ildə anadan olub. 1960-cı illərdən karyeraya başlayan musiqiçinin şeirlərində sosial-siyasi məzmunu ilə seçilib. O, “Qremmi”, “Qızıl Qlobus”, “Oskar” mükafatlarına layiq görülüb. 1994-cü ildən başlayaraq rəssamlıq və qrafika üzrə altı kitab nəşr etdirib. Bob Dilanın albomlarının ümumi satış tirajı 100 milyon nüsxədən çoxdur. 2012-ci ildə ABŞ prezidenti Barak Obama ona “Azadlıq” medalını təqdim edib.

Qeyd edək ki, 2015-ci ildə bu mükafatın laureatı ukraynalı yazıçı Svetlana Aliksiyeviç olub.