BMU-ya qəbul olmuş abituriyentlərin onlayn qeydiyyatına başlanılıb

0
87

Bakı Mühəndislik Universitetinə (BMU) 2020/2021-ci tədris ilində bakalavr pilləsi üzrə qəbul olan abituriyentlərin qeydiyyatı ölkədə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq onlayn formada həyata keçiriləcək. Abituriyentlər 25 sentyabr 2020-ci il tarixindən 7 oktyabr 2020-ci il tarixinədək  onlayn qeydiyyatdan keçməlidirlər.Bu barədə BMU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlayn qeydiyyatın aparılması üçün məlumat və tələb olunan sənədlərin siyahısı BMU-nun rəsmi www.beu.edu.az saytında yerləşdirilib.

Müəyyən olunmuş müddətdə abituriyentin qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.