BMU-nun yeni saytı istifadəyə verilib

0
287

 Bakı Mühəndislik Universitetinin (BMU) yeni internet saytı (www.beu.edu.az) istifadəyə verilib. Yeni saytın dizaynı modern üsluba uyğun olaraq hazırlanıb, eyni zamanda saytın yüksək texniki imkanları, geniş funksionallığı var. Saytın proqram təminatı sistemi müvafiq dövlət qurumlarının müəyyən etdiyi elektron təhlükəsizlik meyarlarına uyğun olaraq yaradılıb. Bu barədə BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

     Universitetin idarəetmə strukturuna daxil olan sahələrin fəaliyyətləri, fakültələr, kafedralar, kitabxana, universitet xəbərləri, elm, ictimai fəaliyyət, məzun, elanlar bölməsi, həmçinin digər sahələrlə bağlı məlumatlar daha dolğun, əlçatan şəkildə sayta yerləşdirilib.

      Ali təhsil ocağının fəaliyyətində şəffaflığın daha da təmin edilməsi, vətəndaş məmnunluğuna nail olmaq məqsədilə saytda rektorla əlaqə, Personal Məlumat Sistemi, Tələbə Məlumat Sistemi  kimi yeni bölmələr də fəaliyyət göstərir.      Azərbaycan və ingilis dillərində xidmət göstərən saytda, texnopark, labarotoriyalar, tədris, elmi-tədqiqat, abituriyent, o cümlədən foto qalereya və BMU TV bölmələri də istifadəyə verilib.