BMU-nun tələbələri “Tələbə baharı” festivalında ilk yerlərə layiq görülüblər

0
187

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən  “Tələbə baharı” XIII Ümumrespublika tələbə-yaradıcılıq festivalında müvəfəqiyyət qazanıblar.

Festivalın onlayn seçim mərhələsində BMU-nun Memarlıq və inşaat fakültəsinin memarlıq ixtisası üzrə 3-cü kurs tələbəsi Nigar Əsədova milli rəqslər (solo) nominasiyası üzrə II yerə, Pedaqoji fakültənin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 4-cü kurs tələbəsi Elmira Abdürəhmanova pop musiqisi nominasiyası üzrə III yerə layiq görülüblər. 

Festivalın keçirilməsində əsas məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etməkdir. Bundan başqa, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi istiqamətində səyləri gücləndirmək,  yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq da festivalın məqsədləri sırasında yer alır.

Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən hər il təşkil olunan festivalın qala konserti bu il mayın 29-da fərqli formatda təşkil ediləcək.