BMU–nun tələbələri qalib oldular

354

         Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planına əsasən  “Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “XIV Respublika Universiadası” keçirilir. Yarışlar idmanın 10 növü üzrə keçirilir və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edir.

         

 Sözügedən yarışda Bakı Mühəndislik Universitetinin tələbələri də fəal iştirak ediblər. Milli Aviasiya Akademiyasında sərbəst güləş üzrə keçirilən yarışda BMU-nun tələbələri Məmmədəli Quliyev 61 kq çəki dərəcəsində I yerə, Vüqar Quliyev isə 61 kq-da III yerə layiq görülüb.

   Qeyd edək ki, yarışın qalibləri bu il iyulun 3-14 tarixlərində İtaliyanın Neapol şəhərində keçiriləcək XXX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər.