BMU-nun rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

389

   

    Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov və Beynəlxalq Əlaqələr üzrə prorektor,  dosent  Manafəddin  Namazov  Türkiyə  Respublikasının  Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. Rektor  H.Məmmədov səfirlə görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu  qeyd  edib.

    Görüşdə Türkiyə universitetləri arasında müəllim-tələbə mübadiləsi, ikili diplom və müəllim hazırlığı məsələləri müzakirə olunub.

    

Səfir Erkan Özoral Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə təhsil sahəsində universitetlər arasında əməkdaşlığı möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu görüşdən məmnun olduğunu bildirib.