BMU müəllimlərinin yeni kitabı nəşr edilib

0
234

     Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru i.ü.f.d., dosent Elçin Süleymanov, BMU-nun İqtisadiyyat fakültəsinin müəllimləri Dünya iqtisadiyyatı kafedrasının müdiri i.ü.f.d., dosent Şəhriyar Muxtarov və Maliyyə kafedrasının müəllimi i.ü.f.d., dosent Elvin Əlirzayevin müəllifi olduğu “Beynəlxalq maliyyə təşkilatları və  Azərbaycanla qarşılıqlı əlaqələr ” adlıkitab nəşr edilib. Bu barədə BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  

Nəşr həm beynəlxalq maliyyə sisteminin quruluşunun və tarixi inkişaf mərhələlərinin əhəmiyyətinin öyrənilməsi, həm də XXI əsrdə maliyyə sisteminin dəyişən əsas funksiyalarını, bu sistemdə aktiv rol alan institutların işləmə mexanizminin öyrənilməsi baxımından önəmlidir.

   Kitabda Azərbaycan iqtisadiyyatı ilə əlaqəsi olan beynəlxalq maliyyə təşkilatları seçilərək onların fəaliyyəti və ölkəmiz ilə əməkdaşlığı ətraflı təhlil edilib. İqtisadiyyat və maliyyə ixtisaslarında təhsil alan tələbələr üçün əhəmiyyətli ola biləcək nəşrdə, maliyyə institutlarının dünyada və Azərbaycanda gördüyü işlər, həyata keçirilən qlobal, regional və ölkə əhəmiyyətli layihələr haqqında da ətraflı məlumat verilib.