BMU-dan şagird və tələbələr üçün yeni imkan

0
179

     Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) ilə birgə əməkdaşlığı çərçivəsində universitetdə yeni Robotexnika Mərkəzi fəaliyyətə başlayır.

    Mərkəzdə 8-19 yaşlı şagird və tələbələr üçün mühəndislik sahəsində ən son texnologiyaların nəzəri və praktiki tədrisi, beynəlxalq olimpiadalara hazırlıq, riyazi və məntiqi düşüncəyə əsaslanan alqoritmik və təməl mühəndislik biliklərinin öyrədilməsi, həmçinin universitetin Texnoparkında kiçik tipli istehsalat nəzərdə tutulub.

    Tədris prosesinin müasir avadanlıqlarla təchiz olunmuş BMU-da təşkili şagirdlərin gələcəkdə mütəxəssis kimi formalaşmasına stimul verəcək.

    Qeyd edək ki, mərkəzdə təşkil ediləcək tədris proqramlarına Xırdalan şəhərinin ətraf əraziləri daxil olmaqla, bütün Abşeron rayonundan olan şagird və tələbələr müraciət edə bilərlər. İlk master-klass 7 noyabr 2019-cu il tarixində saat 16:00-da BMU-nun əsas binasının Akt zalında keçiriləcək.