BMT Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul edib

41

BMT Təhlükəsizlik Şurası müharibə başlayandan bəri ilk dəfə Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul edib.

Bəyanat qurumun iclasında təsdiqlənib. Sənəddə bildirilir ki, Təhlükəsizlik Şurası Ukraynada sülhün və təhlükəsizliyin qorunması ilə bağlı dərin narahatlığını ifadə edir. Bəyanatda BMT-nin baş katibi Antonio Quterreşin Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə dəstək ifadə edilib.