BMT: 5600-dən çox insan həlak olub

Keçən ilin aprel ayından bu il fevralın 12-sinə qədər Ukraynanın şərqində davam edən münaqişədə nəticəsində aralarında 63 uşağın da olduğu 5617 insan həyatını itirib.
 13 min 400 nəfər, o cümlədən 159 uşaq yaralanıb. Bu barədə fevralın 16-da BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə idarəsi məlumat yayıb. Qurum tərəfindən hazırlanan icmalda bildirilir ki, fevralın 9-dək ölkənin şərqində 1 milyon 917 nəfər köçkün kimi qeydiyyata düşüb. Münaqişə nəticəsində humanitar vəziyyətin pisləşməsi 5,2 milyon insana təsir göstərib. Bundan başqa, Ukraynanın cənub-şərqində döyüş əməliyyatları nəticəsində 550 mindən çox insan içməli susuz qalıb. BMT-nin hesabatında bildirilir ki, su çatışmazlığından ən çox Avdeyvka, Debaltsevo, Dzerjinsk, Novotroyitsk, Krasnoqorovka və Krasnoarmeysk yaşayış məntəqələri əziyyət çəkir.