Biznes forumunda bir neçə sənəd imzalanıb

0
495

Prezidenti İlham Əliyevin və Fransa prezidenti Fransua Ollandın iştirakı ilə baş tutan Azərbaycan-Fransa biznes forumunun sonunda iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib.
“Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası” İctimai Birliyinin Təsis Yığıncağının qərarını Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Rüfət Məmmədov, “KNİM Azərbaycan” şirkəti adından Deyvid Nikols, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf, “Societe Generale” şirkəti adından Teybə Quliyeva, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “CDF SUEZ Abşeron” şirkəti adından Nauke Libold, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Total Azərbaycan” şirkəti adından isə Kristian Qudiçelli imzalayıblar.

Tədbirdə Azərbaycanın Gəncə şəhəri, Şəmkir, Göygöl və Balakən rayonları İcra hakimiyyətləri ilə Fransanın Burqundiya regionunun Yon vilayətinin Şurası arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb. Sənədi Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Gəncə şəhər İH başçısı Elmar Vəliyev, Şəmkir rayon İH başçısı Nazim Veysov, Göygöl rayon İH başçısı Arif Seyidov və Balakən rayon İH başçısı İslam Rzayev imzalayıblar.

Azərbaycanın Tovuz şəhəri və Fransanın Konyak şəhəri arasında qardaşlaşma sazişini Tovuz rayon İH başçısı Tofiq Zeynalov, Konyak şəhərinin meri Mişel Qourinşas, “Airbus DS” şirkəti ilə “Azərkosmos” ASC arasında yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu isə “Azərkosmos”un sədri Rəşad Nəbiyev və “Airbus DS” şirkətinin rəhbəri Fransua Ok imza atıb.

Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqaviləni “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və “Suez Environnement” şirkətinin baş icraçı direktoru Jan Lui Şosad, “Air Liquide” şirkəti ilə “Sumqayıt Kimya Sənaye Parkı” arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu isə “Sumqayıt Kimya Sənaye Parkı”nın direktoru Nazim Talıbov və “Air Liquide” Qrupunun vitse-prezidenti Kristof Fonteyn imzalayıblar.

Bundan başqa, “Buig Travo Public” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında “28 May” stansiyasının yenidən qurulması və metropolitenin yaşıl xəttinin “Xətai-Həzi Aslanov-2” hissəsinin tikintisinə dair Anlaşma memorandumları imzalanıb. İmzalanma mərasimində “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov və “Buig Travo Public” şirkətinin baş icraçı direktoru Kristian Qazan iştirak ediblər.

“Thalys” şirkəti ilə “Bakı Metropoliteni” arasında ilkin araşdırmaların aparılması və təlim-tədris əməkdaşlığına dair Anlaşma memorandumlarını “Bakı Metropoliteni” QSC-nin sədri Z.Hüseynov, “Thalys” şirkətinin icraçı vitse-prezidenti Jan Lui QaL, “Alstom Transport” şirkəti ilə “Bakı Metropoliteni” arasında təchizat müqavilələrinə dair Anlaşma Memorandumunu isə “Bakı Metropoliteni”nin sədri Z.Hüseynov və “Alstrom Transport” şirkətinin prezidenti Anri Pupo Lafarq imzalayıblar.

Sərnişin avtobuslarının təchizatına dair müqaviləni Bakı şəhər İH başçısı Hacıbala Abutalıbov, “İveco France” şirkətinin prezidenti Pyer Lahut imzalayıblar. Yük lokomotivlərinin alınmasına dair müqaviləni isə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və “Alstom Transport” şirkətinin prezidenti Ann Pupo Lafarq imzalayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here