“Bizim “Nobel”ə yaxınlaşmağımız uzaqlaşır”

0
698

“Cümhuriyət”in bu günki müsahibi gənc yazar, jurnalist Ruzbeh Məmməddir. Gənc həmsöhbətimiz bizə bu günün ədəbiyyatından və jurnalistikasından danışdı.
– Orta yaşlı nəsildən çox insanlar dəstək olub. Bəs mane olanlar necə…?
– Əlbəttə ki, hər bir gənc kimi mənim də çətinliyim olub. Müəyyən qədər çap olunmaqda mənim də qarşıma səd qoyanlar olub. Ancaq onu deyim ki, məsələn, bir nəfər konkret mənə qərəzli müsaibət göstərməyi, daim qarşımı kəsməyi olmayıb. Qətiyyən belə bir hallarla qarşılaşmamışam. Bütün bunlardan əlavə onu da qeyd edim ki, kömək edənlər də çox olub.
– Hazırda gənclər “Azərbaycan” və “ Ulduz” jurnalına qarşı birmənalı mövqedə dayanmırlar… Sizcə belə bir vəziyyətin yaranmağı gənclərin günahıdır yoxsa redaksiyanın?
– Ümumiyyətlə problem haqqında danışmaq çətindir. Məncə, gənclər bu məsələdə daha aqressiv olurlar. Çünki hər kəs redaksiyaya yazı verir. Məlum məsələdir ki, redaksiyyat heyyəti bu yazının hamısını nə eyni vaxtda çap edə bilər, nə də hamısına şeir deyib çap edə bilər. Bu, biraz çətin məsələdir. Məsələn, mən “Ulduz” jurnalına şeir vermişdim 1ildən sonra çap etdilər. Ancaq onu da qeyd edim ki, yaxşı ədəbi mətnləri gec və ya tez redaksiya çap edir.
-Gec çap olunmağa qarşı etirazınız oldumu digər gənclər kimi?
-Xeyr, xeyr mən heç bir təpgi göstərmədim. Şeirlərim bir ildən sonra çap olundu. Bu isə redaksiyaya qarşı qətiyyən məndə mənfi fikir yaratmadı. Sağolsunlar, yenə də çap etdilər.
-Ədəbiyyatda tənqid birmnalı qarşılanmır…
– Azərbaycan ədəbiyyatında tənqid o qədər də inkişaf etməyib. Tənqid deyəndə çox adam təhqir kimi başa düşür, ancaq əsla belə deyil. Amma tənqidi yanaşmaq mütləq gərəkdir. Bizim ədəbi mühitdə də bir- iki tənqidçilər var ki, onlara normal tənqidçi demək olar. Yəni, bu qədər çoxluğun içində onlar seçilirsə bu, yaxşı haldır. Ancaq bütün hallarda tənqid haqda ürəkaçan söz demək olmaz.
-Sizin ölçü meyarınızla seçilənlər azdır, yoxsa çoxdur?
-Başqasının fikrini deyə bilmərəm. Mənim fikrimcə həm şeirdə, həm nəsrdə bir- iki seçilən ədib var.
– O bir-ikilərlə ədəbiyyat yaratmaq olar?
-Bizdə ədəbiyyat yaratmaq məsələsi çətindir. Çünki yazarlar çox, oxucu isə azdır. Bu qədər yazıçı və şair içindən yaxşı bir ədəbiyyatçı seçmək çox şətin məsələdir.
-Bildiyimiz kimi gənc yazarsınz. Bəs mətbuata üz tutmağının səbəbi nədir? Yəni daim ədəbiyyatla da məşğul ola bilərdiniz.
-Bilirsiniz, ədəbiyyat ancaq yazmaq üçündüt. Demək olar ki, ədəbiyyatda gəlir yoxdur. Çap olunan kitablarda qətiyyən normal gəlir yoxdur. Ədəbiyyat portalları çap olunan şeirə görə qonarar vermir. Ədəbiyyat mənim üçün gəlir mənbəyi deyil. Çingiz Abdullayev deyir ki, kitabı satılmayan şairə şair demək olmaz. Əslində o sözü bu gün üçün düz deyir. İndiki zamanda kitablar ancaq təqdimatlarda satılır. Kimsə təqdimata gəlir deyə məcbur olub 5- 3 manatını verib həmin kitabı alır.
-Stolüstü kitabınız var?
-Bəli var. Rasim Qaraca, Seymur Baycan.
-Oxuduğunuz əsərlərdən oxucu kimi nə umursunuz?
– Mən oxuduğum kitablardan mübarizə umuram. Ədəbiyyata qarşı daha məsuliyyətli olmaq gərəkdir. Yenilik etmək gərəkdir. Kimisə yamsılamaq gərək deyil. İstəyirəm ki, yeni nəsə olsun və mən onu oxuyum.
-Bu qədər mütaliə edirsiniz, yeni nəsə görürsünüzmü?
– Doğrusu mənə elə gəlir ki, sanki durğunluq var. Ancaq yenə də əvvəl ki sözümə qayıdaraq deyirəm ki, bir- iki şair və ya yazıçı var ki onlarda yeni nəsə görmək olur. Oxumağa dəyər dediyim bir-iki müəllif var.
-Yaşıdlarınızdan sizə qərəzli yanaşan olub?
– Mən ümumiyyətlə qamaqal olan yerlərdə görünmürəm, yaxud da tədbirlərdə.Daha çox sakitliyə çəkilib mütaliə etməyi, yazmağı və öz işimlə məşğul olmağı vacib bilirəm. Yeni kitab üzərində işləyirəm. Yaxşı və tanınmış şair olmaq üçün tədbirə getmək mütləq şərt deyil. Yaxşı şair olmaq üçün yaxşı şeir yazmaq gərəkdir.
-Hətta dəvət olunanda da getmirisniz?
-Bəli, çox dəvət olunuram. Ancaq ya işim var, ya başqa yerdəyəm deyib öz işimə davam edirəm.
-Buna həmkara qarşı diqqətsizlik və hörmətsizlik deyəkmi?
-Xeyr, qətiyyən belə deyil. Heç də düşünmürəm ki ya hörmətsizlik ya da diqqətsizlik edirəm.
-Jurnalist qismində olanda özünüz kimi müsahibə rast gəlmisiniz?
-Yaxın zamanlarda sorğu göndərmişdim. Həmin insan da mənə internetdən link göndərmişdi ki, mənim sualınıza verəcəyib cavab burdadı, bu linkdən götürün. Cavab yazmağa zamanım yoxdur. Belə hallar da olub. Əlbəttə, bu heç də məni sevindirmədi. Ancaq mən düşünmürəm özüm kimi müsahib olsun (gülür).
-Sizin üçün ədəbiyyatda yazılmayan mövzu nədir?
– Məncə bütün mövzular işlənib ədəbiyyatda. Hamımız yazırıq amma heç nə ed bilmirik.
-Niyə Azərbaycan “Nobel”ə yaxın gələ bilmir?
-Çünki bizim ədəbiyyatı ciddi ədəbiyyat hesab etmirlər. Bizim “Nobel”ə yaxınlaşmağımız uzaqlaşır. Mən heç Nobel mükafatını qazanacaq yazıçı və ya şair də görmürəm. İstedadlı ədiblərimiz də ədəbiyyata gəlirsiz mənbə kimi baxaraq kənara çəkiliblər.
-O zaman belə başa düşmək olar ki, Azərbaycan ədəbiyyatını ən yüksək ədəbi mükafatlardan çəkindirən yeganə qüvvə iqtisadi vəziyyətin yaxşı olmamağıdır?
-Biz hər tərəfdən can atırıq ki, Avropaya yaxınlaşaq, onlara uyğun olaq, mən elə düşünürəm ki, hələ biz bunu bacarmırıq. Heç bir sahədə bu, bizdə uğurlu alınmır.
-Poeziya nəsri üstələyir..?
-Həmişə belə olub. Nəsr daha güclü olub və hər kəs də onu uurlu yaza bilməyib.
Güclü nəsr yazıldığını görmürəm. Ancaq bir- iki yaxşı şairlər var.
-Zamanla ədəbiyyatda nəyi görmək istəyərsiniz? Hansı ki bizim gəncliyi əhatə edən ədəbiyyatda o yoxdur.
– Nəşriyyatlar yazıçılara müəyyən dərəcədə dəstək olmalıdır. Gənc ədəbiyyatçılar da öz üzərindəki məsuliyyəti hiss edib yaxşı əsərlər yazarlar.

Əntiqə Səməndər