“Biz sülh istəyirik” şüarı altında tədbir keçirilib

0
808

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mingəçevir şəhərində icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkili” adlı layihəsini həyata keçirir.

21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə Ailələrə Sosial Dayaq İctimai Birliyi “Mingəçevir şəhəhrində icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkili” adlı layihə çərçivəsində “Biz sülh istəyirik” şüarı altında tədbir keçirib. Tədbirdə mərkəzin uşaqları sülhə, vətənə aid şeirlər səsləndirərək dünya xalqlarını sülhə çağırıblar. Sağlamlıq imkanları məhdud uşaqlar və qeyri-qəbildən olan uşaqların sosial hüquqlarının qorunması haqqında maarifləndirici fikirlər səsləndirilib. Bu tədbirlə mərkəz layihəyə öz töhvəsini verib.

 

Mərkəzin uşaqlarına bildirilib ki, sülh  və əməkdaşlıq Azərbaycanda dövlət siyasətidir. Azərbaycan antiterror koalisiyasında öz yerini tutur və dünyada sülhə öz töhfəsini verir. Yaxşı məlumdur ki, ulu öndər Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti və xidmətləri ilə də tarixdə qalmışdır. Sülh ümumbəşəri dəyər, fundamental hüquqdur. Sülh olmayanda başqa dəyərlər də qiymətdən düşür. Dünya siyasətinin və Azərbaycanın tanınmış lideri Heydər Əliyev məhz böhranlar dövründə öz ölkəsinə sülh və sabitlik gətirməklə bu günkü tərəqqimizin təməlini qoymuşdur. Heydər Əliyevin dövlətimizə rəhbərlik etdiyi dövrdə Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ müharibəsində atəşkəsin bəyan edilməsi, sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır.

Esmira Hidayətova