“Biz “mətbəx”, məsuliyyətsiz diplomatiya səviyyəsinə düşməyəcəyik”

506

Rusiya prezidenti Vladimir Putin Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalarına cavab olaraq ABŞ-ın Rusiyadakı diplomatlarını ölkədən çıxarmamaq qərarına gəlib.  Məlumata görə, o bildirib ki, amerikalı diplomatlar üçün problem yaratmayacaqlar: “Cavab tədbirləri haqqını özümüzdə saxlamaqla biz “mətbəx”, məsuliyyətsiz diplomatiya səviyyəsinə düşməyəcəyik. Prezident Donald Trampın administrasiyasının aparacağı siyasətdən çıxış edərək Rusiya-Amerika əlaqələrinin bərpası üzrə gələcək addımlar atacağıq. ABŞ administrasiyasının yeni addımlarını təxribat kimi qiymətləndiririk”. Qeyd edək ki, dekabrın 29-da ABŞ hakimiyyəti 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.