“Biz həmişə iş başında oluruq”

0
269

 Əmək bütövlükdə insan cəmiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır. Əməyə xor baxanlar həmişə başqalanna möhtac qalırlar. Əksinə, kim ki, zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Dahi Nizaminin ustalıqla qələmə aldığı «Kərpickəsən kişinin dastanı» əsərindəki səhnəni göz önünə gətirək. Həyatın mənasını zəhmətdə görən, alın təri ilə çörək qazanan qoca kərpickəsən kişi vüqarlıdır, o, bir kimsədən asılı olmadığına görə özünü xoşbəxt sanır. Qocanın müdrik cavabı bu yaşda zəhmətə qatlaşmağı ona irad tutan gəncin üzünə sərt sillə kimi dəyir, onu utandınr.
        Həyatda belə misallar çoxdur. Biz zəhmətə qatlaşıb seçdiyi sənətin bütün sirlərinə yiyələnən çoxlu əmək qəhrəmanları tanıyırıq. Onlar fədakar əməkləri sayəsində böyük nailiyyətlər qazanaraq xalqımızın iftixar rəmzinə çevrilmişlər. Belə əmək qəhrəmanlarından, Mingəçevirin təmizlik işlərinə baxan işçilərdən  söhbət açmaq istəyirəm.

Mingəçevirin dəniz yolu qalxan hissəsi sanki bir cənnəti xatırladır. Hər tərəf yamyaşıl, yollar tər-təmiz, hər tərəf gül-çiçəkdir. Bu təmizliyi, bu gözəlliyi yaradan Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləridir. Onlar hər gün səhər saat 8-dən, axşam saat 5-ə qədər iş başında olurlar. Onu da qeyd edək ki, əksəriyyəti gənc xanımlardır. Onlardan biri süpürgəçilərin briqadiri Nüranə Şükürova bizimlə söhbətində bildirdi ki, havanın isti-soyuq, yağışlı, qarlı olmasının onlar üçün heç bir fərqi yoxdur: “Biz həmişə iş başında oluruq”.

Bu sözləri şəhərdəki park və xiyabanlara baxanlara da şamil etmək olar. Məmmədov Hüseyn, Əmirov Rəhim, Məmmədov Nadir kimi peşəkar bağbanlar gördükləri işdən zövq aldıqlarını söylədilər.

Qeyd edək ki, onların maaşları az olsa da, giley-güzar etmirlər. Sadəcə deyirlər ki, təki iş olsun, az da olsa halal zəhmətla dolanmaq daha yaxşıdır.  

Esmira Hidayətova, Mingəçevir