“Bitməz könlümüzün vətən sevgisi” Qarabağda

579

Bu gün yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsində təkcə orta və ali təhsil müəssisələrin deyil, eyni zamanda  ədəbiyyatın da rolu böyükdür. Vətənə sevgini tərənnüm edən şeir və nəsr nümunələrinin təbliği və geniş yayılması, bu mövzuda məktəblilərlə görüşlərin təşkili olduqca vacibdir. Bu baxımdan  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 2014 cü il də elan etdiyi 5-ci qrant müsabiqəsində qalib gəlmiş gənc yazar Şirinov Qabil Ədalət oğlunun (Qabil Ədalət) “Vətən sevgisi sərhəddən başlamır sərhəddə bitmir” adlı layihə çərçivəsində keçirilən silsilə  tədbirlər maraq doğurur. Bu yaxınlarda layihə çərçivəsində Ağdam və Ağcəbədi rayonlarının bir sıra kəndə məktəblərində şagirdlərlə görüş  oldu.

Ağcabədi rayonu M.Əsəsov adına 5 saylı tam orta məkəbdə,  Boyat kəndi Hikmət Əliyev adına Boyat kənt orta məktəbində, Ağdam rayonu Mirəşelli kəndi Azər Kərimov adına Bənövşələr kənd orta məktəbində keçirilən tədbirlər pedoqoji və şagird kollektivi tərəfindən  maraqla qarşılandı. Tədbirlərdə gənclərin  hərbi vətənpərvərlik ruhunun yüksək olduğu vurğulandı. Qeyd edildi ki, bu gün intellektual, yüksək  dünyagörüşə malik, savadlı gənclik yetişir.  Dövlətin gələcəyi olan gənclərin vətənpərvərlik duyğularının artırılmasında ədəbiyyatın rolu danılmazdır. Tədbirlərdə məktəbin istedadlı gəncləri vətəni tərənnüm edən şeirlər söylədilər. Layihə çərçivəsində işıq üzü görmüş və vətəni tərənnüm edən şeir və hekayələrdən ibarət “Bitməz könlümüzün vətən sevgisi” adlı toplusu da həmin tədbirlərdə iştirak etmiş şagirdlərə hədiyyə edildi.

Daha sonra isə daha bir neçə fəal şagird, Ağcəbədi rayonu M,Əsədov adına 5 saylı orta məktəbin direktor müavini Yaqub müəllimə və  məktəbin riyaziyyat müəl­li­məsi Qəmzə Əkbərova, Hikmət Əliyev adına Boyat kənd orta məktəbinin sinif müəlliməsi Solmaz Quluyeva, tərbiyəvi işlər üzrə köməkçi Şirinova Zemfirə və Sadqova Məryəm, Ağdam rayonu Mirəşelli kəndi Azər Kərimov adına Bənövşələr kənd orta məktəbinin direktoru Nailə Yüzasifli, məktəbin müəllimləri Ziyafət Məmmədova, Mahirə Məmmədova və Əsmər Qasımlı layihənin diplomu ilə təltif olundular.

Qeyd edək ki, layihə çərçivəsində işıq üzü görmüş “Bitməz könlümüzün vətən sevgisi” toplusu vətənpərvərliyi təbliğ edən və daha çox gənc yazarların qələm nümunələri olduğu üçün xüsusi önəm kəsb edir.