“Birlik” ilin çempionu oldu

125

ADA Universitetində Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “First Lego League Azərbaycan” (FLL) mühəndislik və robot texnologiyaları yarışı  sona çatıb.

Qeyd edək ki, FLL şagirdləri elm, texnologiya, fizika və riyaziyyat dünyası ilə tanış edən turnirdir. Şagirdlər bu turnirdə iştirak edərək gələcək elm insanları və mühəndislər üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda şəklində işləmək kimi vacib bacarıqları inkişaf etdirirlər.

Bu  il keçirilən turnirin mövzusu “CITY SHAPER” adlanırdı. Turnirdə iştirak üçün 10-16 yaşlı şagirdlər komanda şəklində şəhərqurma üzrə tədqiqat aparıblar, “Lego Midstorms EV3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün robot yığaraq, onun proqramlaşdırmasında yaradıcı yanaşma nümayiş etdiriblər

Dünün tədbirin mükafatlandırma mərasimi keçirilib  və iştirakçlılar mükafatlandırılıblar. Mükafatlandırma mərasimində Mingəçevir  TəbiətRiyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin “Birlik” komandası I yeri qazanaraq ilin çempionu olub. Qeyd edək ki, komandanın rəhbəri , liseyin informatika müəllimi Xəyalə Əliyevadır.

Esmira Hidayətova, Mingəçevir