Bir şeirin gücü

0
802
Mehmet Akif Ərsoy “Çanaqqala şəhidlərinə” şeirində adı çəkilən savaşda canlarından keçən şəhidləri İslam tarixinin ilk mühaibəsi olan Bədrdə “Allah! Allah!” deyərək aslan kimi savaşan və can əmanətini sevə-sevə Allaha təslim edərək şəhid olan o mübərak, uca ruhlu səhabələrlə eyni sıraya qoyur, onların ən böyük ehtirama layiq olduqlarını, göstərdikləri qəhrəmanlığın tarixə sığmadığını deyir və görün bu möhtəşəm ədəbi nümunənin  akkordunu necə vurur:
Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyor Peyğəmbər.

O şəhidlərin çoxunun heç məzarı da yoxdur, çoxunun şəhid olduğu yerdə sadəcə üstü torpaqlanıb, amma bunlar çox kiçik, çox bəsit şeylərdir. Çünki həqiqi şəhidlərə axirət dünyasında Allahın sevimli Peyğəmbəri Həzrəti Məhəmməd qollarını, ağuşunu açıb. Üstəlik onu da burğulayaq ki, Allah-Təala Qurani-Kərimdə şəhidlərə “ölü” deməyi belə bizə yasaqlayır və bildirir ki, onlar diridirlər, Uca Rəbbin hüzurunda hər cür nemətlərə qovuşdurulurlar.

“Çanaqqala şəhidlərinə” şeiri insana iman duyğusu aşılayır və səni inandırır ki, bütün sevgilərin kökü bəndənin Allaha imanıdır. Bir sinədə iman varsa, o, dünya ilə savaşacaq qədər güclüdür; imandan məhrum birisi əslində hər şeydən məhrumdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here