“Bir damın altında ümidlə sabaha” deyərək 120 ailəni sevindirdilər

0
425

“Bir damın altında ümidlə sabaha” deyərək 120 ailəni sevindirdilər

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü və  Qızıl Aypara Cəmiyyətinin xətti ilə Mingəçevirdə imkansız adamlar üçün “Bir damın altında ümidlə sabaha” adlı yardım kampaniyası keçirilib. Belə ki,  Azərbaycan Qızıl Aypara Cəmiyyəti  və şəhər İcra Hakimiyyəti öz ənənəsinə sadiq qalaraq, həmişə  olduğu kimi, bu gün  də ölkədə pandemiya ilə əlaqədar olaraq  ailə vəziyyəti ağır durumda olan, nənə-baba  himayəsində yaşayan uşaqları və xəstələri, digər kateqoriyadan olan  120 imkansız ailəni sevindirib. Yardım alan ailələr QAÇ–a və şəhər İcra Hakimiyyətinin başçısına  bu xeyirxah addımına görə təşəkkürlərini bildiriblər.

Eləcə də şəhərdə “Koronavirus xəstəliyi (COVİD-19) hələ də təhlükədir, xüsusilə də ictimai yerlərdə“ şüarı altında marketlərdə, küçələrdə bu bəladan qorunmağı özündə ehtiva edən bukletlər paylanılıb. Sakinlərlə  maarifləndirici söhbətlər aparılıb.

Esmira Hidayətova, Mingəçevir