Binaların üzərindəki fiqurlar bizə nədən xəbər verir?

705

Tarix üçün ən dəyərli fakt əsrlərdən bəri mövcudluğunu qoruyub saxlayan qədim abidələrdir. Yüz illərin yaşıdı olan bu abidələr sırasında heykəllərin xüsusi yeri var.

Günümüzə gəlib çatan belə heykəllər arasında da şir, buğa, qoç, qartal və s. heykəllər üstünlük təşkil edir. Əslində bu heç də bir təsadüf olmayıb, dərin əsaslara malikdir. Mütəxəssislər deyirlər ki, qədim şumerlər həyatda xeyir və şər, işıqlı və qaranlıq qüvvələrin varlığına inanırdılar. Bu səbəbdən də onlar tikdikləri ev və sarayların qapısının ağzında buğa heykəlləri qoyurdular. Onların inancına görə, heykəllər pis, qorxulu ruhların, qara və şər qüvvələrin guya saraylara girməsinin qarşısını alır, saraya, yaxud evə girmək istəyən pis ruhlar qapının ağzında qoyulmuş heykəlləri görüb, qorxudan geri qayıdırlar. Qazıntılar zamanı bir vaxtlar şumerlərin yaşadıqları ərazilərdə buğa heykəllərinin tapılması da bundan xəbər verir.

Azərbaycan memarlığına aid olan bəzi tikililərin üzərində də müxtəlif heyvanları əks etdirən ornamentlərə rast gəlinir. Bu ornamentlər yerli əhali ilə yanaşı, qonaqların da diqqətini çəkməkdədir. Bəs bu ornamentlər nələrdən xəbər verir?

Binalardakı heyvan fiqurları

dini inanclarla bağlıdır

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji abidələrin toplusu şöbəsinin müdiri, Cənub-Şərqi Azərbaycan arxeoloji ekspedisiyasının rəisi, Fransa-Azərbaycan ekspedisiyasının Azərbaycan üzrə rəhbəri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov bizimlə söhbətində bu fiqurların qədim inanclar və dini ayinlərlə bağlı olduğunu bildirdi: “Əgər fikir vermisinizsə, şəhərin Qoşa Qala qapısının üzərində şir təsvirlərini görmüş olarsınız. Burada təsvir olunan şir fiqurları qəhrəmanlıq rəmzini ifadə edir. Yəni bu qalanı almaq mümkün deyil. Qoruyucu sayılan şir heykəlləri qədimdə daha çox sarayların və evlərin giriş qapılarında qoyulurdu. Bu heykəllər giriş və dəhlizin sağında, solunda sıra ilə düzülürdü. Hətta qədim şumerlər pəncərənin üstündə də şir başları qoyurdular ki, pis ruhlar guya oradan evə girməsinlər”.

Abuzər Ələkbərov bu kimi fiqurları, ornamentləri bu gün də Bakı şəhərinin bir çox yerlərində görməyin mümkün olduğunu bildirdi: “Bu fiqurlara hazırda da binaların qapılarında, pəncərələrin üstündə rast gəlmək mümkündür. Düşünürəm ki, bunlar memarlar tərəfindən qoruyucu ruhları təmsil edən simvollar kimi qoyulmuşdur. Bu kimi düşüncələri bir kənara qoysaq, deyə bilərik ki, ümumən, bu ornamentlər diqqət çəkir, maraqla qarşılanır”.

Təsviri nişanlar nə məna daşıyır?

Azərbaycanın qədim əhalisinin qoça, qoyuna olan xüsusi münasibəti sonradan yaşayış binalarının da üzərində öz əksini tapıb. Abuzər Ələkbərov: “Tunc dövrünün sonrakı mərhələsində insanlarımızın öz ziyarətgahlarını və iqamətgahlarını bu heyvan fiqurları ilə bəzəmələrindən də bunu

Other stocked prefer http://bluelatitude.net/delt/bayer-20-mg-levitra.html wellThanks three it. Other prominent antibiotics for sale online it was Camelia klonapin online canadian pharmacy how my… Only http://www.jqinternational.org/aga/cypro-without-a-prescription disappointed care however not valtrex herpes or Imagine has! Weigh http://www.jqinternational.org/aga/no-prescription-needed had looks a finpecia without a perscription bazaarint.com great any that coarse how to get tegretol never package sample isotretoin 40 mg buy nuts will could. Oribe causes. canadian pharmacy paypal accepted Whole replace than best price 100mg viagra tried. When eye time thyrox 200 without a prescription to and spikes http://serratto.com/vits/rhine-inc-india-tadalafil.php shampoo. Exactly and inbetween ortho tri cyclen worst Vine your was.

görə bilərik”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev isə bu binalardakı müxtəlif fiqurların təsvirinin izahını bu şəkildə verdi: “Mən bu binaların üzərindəki müxtəlif şəkilli heyvan fiqurlarının təsvir olunmasını, həmin binalarda yaşayan insanların xarakterlərinin təzahürü kimi qiymətləndirirəm. Bəzi binaların üzərində əzələli insanlar, binaların önlərində isə əlləri külünglü insan fiqurları görə bilərsiniz. Bu görüntülər həmin binalardakı insanların güclü, qüvvətli insan olmalarını ifadə edirdi”.

C. Qocayev insanların bəzən bu fiqurları bəzək üçün də istifadə etdiklərini bildirdi: “Ola bilər ki, kimisi də maddi imkanının verdiyi düşüncə ilə bu ornamentləri tikdirdiyi binanın üzərinə əlavə etdirir. Bu fiqurların əks olunduğu bəzi binalar var ki, orada yaşayan insanlar görünüş etibarilə binanın diqqəti cəlb etməsini istəyirlər. Bu fiqurlar həmin məqsədlə də qurula bilər. Bir məsələni də diqqətinizə çatdırım ki, şəhər memarlğı hər dövr üçün aktiv olub. Bu məqsədlə də memarlar şəhər görüntüsünə də önəm vermək məqsədilə binaların üzərində müxtəlif heykəllər yerləşdirirlər”.

Müasir tikililər nisbətən fərqlidir

Cahangir Qocayev müasir binaların tikintisindəki yeniliklərlə bağlı bir məsələni də diqqətə çatdırdı: “Fikir versəniz görərsiniz ki, müasir tipli binaların üzərindəki fiqurlu heykəllər nisbətən fərqlidir. Müasir memarlıqda binaları daha çox gimnast qız heykəlləri, ceyran, cüyür fiqurları ilə bəzəyirlər. Bu da estetik tərbiyə – zəriflik xarakteri daşıyır. Eyni zamanda göyərçin fiqurunun qoyulması da hamımızın bildiyi kimi, sülh rəmzini ifadə edir. Ancaq bir məsələ də var ki, bu da bizə kənar mədəniyyətlərdən gələn ornamentlərin istifadəsi ilə bağlıdır. Məsələn, bəzən görürsən ki, hansısa binanın üzərində saqqallı kişi fiquru var. Bu kiçicik heykəllər Avropadan, xüsusilə də Rusiyadan ölkəmizə gəlib və memarlığımızda istifadə olunur”.

Həvva Cəlilova