Binəli Yıldırım: “Xocalı qətliamı türk millətinin ortaq dərdidir”

337

“25 il əvvəl işğal olunan Xocalıda erməni cinayətkar dəstələrinin vəhşicə qətlə yetirdiyi soydaşlarımıza Allahdan rəhmət diləyirəm”. apa-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım özünün “twitter” səhifəsində yazıb. Baş nazir 1992-ci il fevralın 26-da Xocalı soyqırımının törədildiyini xatırladıb. Yıldılrım “yerə-göyə sığışmayan acı – Xocalı qətliamı” başlıqlı statusunda “o gün azərbaycanlı mülki şəxslər erməni cinayətkar qruplar tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bu qətliam Türk millətinin ortaq dərdidir” – deyə, bildirib.