“Beşiktaş”ın iki əməkdaşı da terrorun qurbanı olub

484

Dünən Türkiyə Superliqasının 14-cü turu çərçivəsində baş tutan “Beşiktaş” – “Bursaspor” (2:1) oyunundan az sonra İstanbulda – matçın keçirildiyi “Vodafone Arena” stadionunun yaxınlığında iki partlayış baş verib. Nəticədə 29 nəfər) həlak olub, 166 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. “Beşiktaş”ın rəsmi saytının məlumatına görə, hadisə zamanı klubun iki əməkdaşı da həlak olub. Onlardan biri 29 yaşlı “Kartal yuvası” mağazasında çalışan Tunç Uncu, o biri isə “Vodafone Arena”nın sorumlusu – Xüsusi Təhlükəsizlik Şöbəsinin Polis rəisi Vəfa Karakurddur. (Allah rəhmət eləsin)
Məlumata görə, insident yaşanan zaman azarkeşlərin çoxu stadionu tərk etmişdi. Məhz bu məqam daha böyük faciənin, xəsarət alanların sayının çox olmasının qarşısını alıb.
Azərbaycan Prezidenti bu üzüntü ilə bağlı Türkiyənin Prezidenti Ərdoğana başsağlığı verib: “Hörmətli cənab Prezident, Əziz qardaşım,
İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.
Biz bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!”