Bu gün Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib. Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti oyunlarına çıxıblar. E qrupunun favoritləri “Liverpul”la “Sevilya” səfər sınağına çıxıb. Sonuncular Moskvada “Spartak”ın qonağı olub və şokla üzləşiblər. Meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. İlk qələbə arzusunda olan “Liverpul” isə qrupun autsayderi “Maribor”u topa tutub – 7:0.
D qrupunun lideri “Mançester Siti” əsas rəqibi “Napoli” ilə qarşılaşıb. İngiltərə klubu “ekvator xətti”nə 100 faizlik nəticə ilə çatıb – 2:1. “Şaxtyor” isə “Feyenoord”u xalsız qoyub – 2:1.
“Beşiktaş” isə səfərdə “Monako” ilə görüşüb. Ardıcıl iki qələbə ilə fanatlarını sevindirən Türkiyə klubu autsayderi də itkisiz keçib – 2:1.
İlk oyun gününün mərkəzi qarşılaşması H qrupunda baş tutub. İlk iki görüşdə qələbələri sıralayan “Real”la “Tottenhem” Madriddə görüşüb. Matçda qalib müəyyənləşməyib – 1:1.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
17 oktyabr
E qrupu
“Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə) – 0:7
Qollar: Firmino, 4, 54, Koutinyo, 13, Salah, 19, 40, Oksleyd-Çemberleyn, 86, Aleksandr Arnolt, 90
“Spartak” (Rusiya) – “Sevilya” (İspaniya) – 5:1
Qollar: Promes, 18, 90, Melqarejo, 58, Qluşakov, 67, Adriano, 74 – Kyaer, 31
1. | Liverpul | 3 | 1 | 2 | 0 | 10:3 | 5 |
2. | Spartak | 3 | 1 | 2 | 0 | 7:3 | 5 |
3. | Sevilya | 3 | 1 | 1 | 1 | 6:7 | 4 |
4. | Maribor | 3 | 0 | 1 | 2 | 1:11 | 1 |
F qrupu
“Feyenoord” (Hollandiya) – “Şaxtyor” (Ukrayna) – 1:2
Qol: Berqus, 7 – Bernard, 24, 54
“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:1
Qollar: Sterlinq, 9, Qabriel Jesus, 13 – Diavara, 73 (pen.)
1. | Mançester Siti | 3 | 3 | 0 | 0 | 8:1 | 9 |
2. | Şaxtyor | 3 | 2 | 0 | 1 | 4:4 | 6 |
3. | Napoli | 3 | 1 | 0 | 2 | 5:5 | 3 |
4. | Feyenord | 3 | 0 | 0 | 3 | 2:9 | 0 |
G qrupu
“Leypsiq” (Almaniya) – “Porto” (Portuqaliya) – 3:2
Qollar: Orban, 8, Forsberq, 38, Avqustin, 40 – Abubakar, 18, Markano, 44
“Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə) – 1:2
Qollar: Falkao, 30 – Cenk, 34, 54
1. | Beşiktaş | 3 | 3 | 0 | 0 | 7:2 | 9 |
2. | Leypziq | 3 | 1 | 1 | 1 | 4:5 | 4 |
3. | Porto | 3 | 1 | 0 | 2 | 6:6 | 3 |
4. | Monako | 3 | 0 | 1 | 2 | 2:6 | 1 |
H qrupu
“Real” (İspaniya) – “Tottenhem” (İngiltərə) – 1:1
Qollar: Ronaldo, 43 (pen.) – Keyn, 28
APOEL (Kipr) – “Borussiya” (Dortmund, Almaniya) – 1:1
Qollar: Pote, 62 – Sokratis, 67
1. | Tottenhem | 3 | 2 | 1 | 0 | 7:2 | 7 |
2. | Real Madrid | 3 | 2 | 1 | 0 | 7:2 | 7 |
3. | Borussiya D. | 3 | 0 | 1 | 2 | 3:7 | 1 |
4. | APOEL | 3 | 0 | 1 | 2 | 1:7 | 1 |