Beş böyük hərbi bazadan biri hücuma məruz qalıb

0
196

Tərcümədə “aslanın gözü” adlanan “Aynül-Əsəd” (Əl-Əsəd) hərbi bazası yanvarın 7-də gecə yarısı İranın İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Qasım Süleymaninin qisasının alınması məqsədilə raket hücumuna məruz qalıb. Paytaxt Bağdaddan 160 kilometr qərbdə yerləşən bu hərbi baza Hit rayonunun Xan əl-Bağdadi yaşayış məntəqəsindən 8 kilometr məsafədə yerləşir. Ərəb-İsrail müharibəsindən nəticə çıxararaq İraq hökümətinin 1975-ci ildə qurulması planlaşdırılan beş böyük hərbi bazadan biri olan “Əl-Əsəd bazası 1981-1990-cı illər arasında keçmiş Yuqoslaviyanın dövlət şirkətləri tərəfindən 280 milyon dollarla inşa edilib. Bazanın adı İran-İraq arasındakı müharibənin xatirəsinə “Kadisiyə” adlandırılmışdı. Sonra “Objective Webster” Obyektiv Vebster adını almış bu baza daha sonra “Əl-Əsəd” adlandırılıb. On kvadrat kilometr sahəsi olan və İraq əsgərlərinin də istifadə etdiyi baza əvvəllər İngiltərə ordusu tərəfindən istifadə olunurdu. İraqın azad edilməsi əməliyyatında bu bazanı ilk ələ keçirən Avstraliya ordusu idi. Sonra ABŞ-ın həyata keçirdiyi İraq əməliyyatında ikinci ən böyük bazaya çevrildi ABŞ prezidenti Donald Tramp ölkəsinin bu baza üçün milyardlarla dollar vəsait xərclədiyini və iraqlıların amerika qoşunlarınıın oradan çıxmasını istəsə, bu məbləği ödəməli olduqlarını bildirib. 26 dekabr 2018-ci ildə Tramp və həyat yoldaşı Melaniya ilə birgə bazada olublar. Həmçinin ABŞ vitse-prezidenti Mayk Pens də 23 noyabr 2019-cu ildə həyat yoldaşı ilə bazaya gəlib və və amerikalı əsgərlərlə görüşüb. ABŞ-ın İraqdakı mövcudluğunun ilk mərhələsi olan 31 Dekabr 2011 tarixinə qədər fəaliyyət göstərən “Əl-Əsəd” bazası 2014-cü ildən ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD beynəlxalq koalisiyası tərəfindən istifadə edilməyə başlanılıb. İŞİD də bir neçə dəfə buraya hücum etməyi planlaşdırıb. Bunlardan ən irisi 2014-cü ilin dekabr ayında baş verib.