Almaniya Ukraynanın Avropa İttifaqı sıralarına tezliklə qəbul edilməsinə bundan sonra da tərəfdar olacaq.
Bu barədə Almaniya bundestaqının başçısı Berbel Bas bu gün ölkənin “RTL” telekanalında çıxışı zamanı bildirib. Spiker deyib: “İndi əlimizdən gələni etməliyik ki, prosesi tezləşdirək və Ukraynaya Aİ-yə daxil olmaq üçün ümidlər verək”.
Berbel Bas Emmanuel Makronun bu yaxınlarda işlətdiyi “proses uzun onilliklər çəkə bilər” fikri ilə razılaşmadığını bildirərək deyib: “Prezident Makron səhv edir və Ukraynanın Aİ-yə daxil olması prosesi uzun çəkə bilməz, xüsusən ona görə ki, çoxları bu Şərqi Avropa ölkəsini blokun tərkibində görmək istəyir”.
Aİ-nin genişləndirilməsi prosedurunun zəruriliyi barədə dünən AFR XİN də öz fikrini bildirib. Ölkənin xarici siyasət idarəsində Ukraynanın Aİ-yə qəbul edilməsinə dair yol xəritəsinin və qrafikinin işlənib hazırlanmasının vacibliyi vurğulanıb. azərtac