Belçika qalib gəldi

460

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında növbəti oyun keçirilib. İyunun 22-də Rio de Janeyro şəhərindəki “Marakana” stadionunda “H” qrupunda mübarizə aparan Belçika və Rusiya yığmaları qarşılaşıblar.
Almaniyalı baş hakim Feliks Brixin idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Belçika millisi Rusiya komandasını 1:0 hesabı ilə məğlub edərək üç xal qazanıb.