Bayraq Günü qeyd edilib

536

Mingəçevir şəhər 7 saylı tam orta məktədbə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə geniş tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib və Dövlət bayrağı səhnəyə gətirilib. Daha sonra tədbirin bədii hissəsi şagirdlərin ifasında davam etdirilib. Həm Azərbaycan, həm də ingilis dilində təqdim olunan tədbirdə Bayraq gününə aid şeirlər, mahnılar səsləndirilib. Məktəbin qız və oğalnlardan ibarət rəqs ansanblının ifasında rəngarəng rəqslər tədbirə xüsusi çalarlar qatıb.
Tədbirdə bu əlamətdar gün münasibəti ilə çıxış edən məktəbin direktoru Anar İsmayılov bu günün mahiyyətindən söz açıb. O, üçrəngli bayrağımızın Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə təsdiq olunduğunu qeyd edib. Vurğulayıb ki, üçrəngli bayrağın 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan edilməsi Azərbaycan tarixinə növbəti şanlı gün kimi yazılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə noyabrın 9-nun Dövlət Bayrağı Günü elan olunması, Dövlət Bayrağı Meydanının yaradılması dövlət atributlarına yüksək ehtiramın parlaq nümunəsidir.
Tədbirdə Mingəçevir YAP ərazi təşkilatının sədri Ramiz Kərimov da çıxış edib. O, bayrağımızın sonsuz iftixar mənbəyi olduğunu, hər bir azərbaycanlının ondan qürur duyduğunu qeyd edib.
bbb

Tədbirin sonunda Bayraq günü münasibəti ilə məktəbdə keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Esmira Hidayətova, Mingəçevir.