Bayram namazı sentyabrın 12-də saat 9:00-da qılınacaq

645

Bakıdakı Təzəpir məscidində Qurban bayramı münasibəti ilə bayram namazı sentyabrın 12-də saat 9:00-da qılınacaq. Bu barədə məscidin axundu hacı Mircəfər Əyyubov məlumat verib.
M.Əyyubov vurğulayıb ki, ölkənin bütün məscidlərində bayram namazı eyni saatda qılınacaq.
Qeyd edək ki, bu il Qurban bayramı Azərbaycanda sentyabrın 12-si və 13-ü tarixlərində qeyd olunacaq.