Bayraktar TB2 dünyanın 13 ölkəsinə ixrac ediləcək

69

Türkiyənin müdafiə sənayesində milli texnologiyalar önçüsü olan Bayraktar TB2 pilotsuz uçuş aparatları artıq dünyanın 13 ölkəsinə ixrac ediləcək.

Bununla bağlı məlumat “Baykar” şirkətinin rəsmi tvitter hesabında bildirilib.

Paylaşımda şirkətin daha bir ölkə ilə anlaşma imzaladığı haqqında məlumat verilir. Hərbi texnikanın ixrac edildiyi ölkələrin adlarının açıqlanmadığı tvitdə, yeni anlaşma ilə bu dövlətlərin sayının 13-ə çatdığı bildirilir.