Bayden çağırış etdi

44

Kollektiv Qərb Rusiyaya qarşı təzyiqləri, o cümlədən sanksiyalar vasitəsilə artırmaq, həmçinin lazım olan müddət ərzində Ukraynanı dəstəkləmək niyyətindədir.

Belə bir bəyanatla ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynada energetika, hərbi komandanlıq və rabitə obyektlərinə kütləvi zərbə endirməsi ilə bağlı çıxış edib.

“Rusiyanın hazırkı hücumları yalnız tələb olunan müddət ərzində Ukrayna xalqı ilə çiyin-çiyinə dayanmaq öhdəliyimizi gücləndirir”, – Bayden qeyd edib.

“ABŞ Rusiyanın bu gün Ukraynaya, o cümlədən Kiyevə raket zərbələri endirməsini qətiyyətlə pisləyir”, – Bayden bildirib. ABŞ administrasiyasının rəhbəri hesab edir ki, bu zərbələr nəticəsində heç bir hərbi təyinatı olmayan hədəflər məhv edilib. Bundan əlavə, Bayden Rusiyanı Ukraynadakı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.