“Bavariya” və “Real” 1/4 finalda

0
302

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib. Qitənin ən mötəbər klub turnirinin səkkizdəbir final mərhələsində Londonun “Arsenal” komandası Münxenin “Bavariya” klubunu qəbul edib. Digər oyunda isə “Real Madrid” komandası Neapolda “Napoli” klubunun qonağı olub.

İlk matçda “Arsenal”a 5:1 hesabı ilə qalib gələn “Bavariya” Londona şanslı yollanmışdı. Meydan sahibləri 22-ci dəqiqədə hesabı açıblar. İlk hissə bu hesabla başa çatsa da, ikinci yarıda “topçular” əsl şok yaşayıblar. Ard-arda qolları sıralayan münhenlilər ilk oyundakı hesabı təkrarlayıblar – 1:5.

Günün digər matçında “Napoli” “Real”ı qəbul edib. Neapollular Madriddə keçirilən ilk oyunda hesabı açan tərəf olsa da, “Real” sonradan 3 qol vuraraq, sərfəli nəticə əldə etmişdi. Çempionlar Liqasının son qalibi bu görüşdə eyni ssenari ilə qalib gəlib. Əvvəlcə meydan sahibləri hesabı açıblar. Fasilədən sonra isə madridlilər 3 qol vuraraq növbəti mərhələyə adlayıblar.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

7 mart

 

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) – 1:5

Qollar: Uollkot, 20 – Levandovski, 55 (pen.), Robben, 68, Kosta, 78, Vidal, 80, 85

 

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

İlk oyun – 1:5

 

“Arsenal”: David Ospina, Laurent Koselni, Aleksis Sançes, Aaron Remzi, Teo Uolkott, Aleks Oksleyd- Çemberleyn, Naço Monreal, Şkordan Mustafi, Jiru, Hektor Belerin, Qranit Xhaka

Ehtiyat oyunçular: Petr Çex, Kieran Qibbs, Qabriel,  Lukas Perez, Məsut Özil, Fransis Koklen

 

“Bavariya”: Manuel Noyer, Mats Hummels, Tiaqo Alkantara, Frank Riberi, Xavi Martines, Robert Levandovski, Aryen Robben, Rafinya, Xabi Alonso, Arturo Vidal, David Alaba

Ehtiyat oyunçular: Sven Ulrayx, Duqlas Kosta, Xuan Bernat, Tomas Müller, Kinqsli Koman, Jozua Kimmix, Renato Sançes

 

 

 

“Napoli” (İtaliya) – “Real” (Madrid, İspaniya) – 1:3

Qollar: Mertens, 24 – Ramos, 52, 57

 

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

İlk oyun – 1:3

 

“Napoli”: Pepe Reyna, Elseid Husay, Allan, Xose Kallehon, Dries Mertens, Marek Hamşik (k),  Lorenso İnsinye, Kalidu Kulibali, Fauzi Qulam,  Raul Albiol, Amadou Diavara

Ehtiyat oyunçular: Rafael Kabral, Jorginyo, Kristian Maggio, Nikola Maksimoviç, Piotr Zielinski, Marko Rog, Arkadiusz Milik

 

“Real”: Keylor Navas, Dani Karvaxal, Pepe, Serxio Ramos (k), Kriştiano Ronaldo, Toni Kroos, Kərim Benzema, Qaret Beyl, Marselo, Kasemiro, Luka Modriç

Ehtiyat oyunçular: Kiko Kasilya, Naxo, Xames Rodriqes, Lukas Vaskes, Alvaro Morata, İsko, Danilo