Başçı tapşırıqlarını verdi

0
176

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir. İclasda  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov Şuranın iclasını açıq elan edərək gündəlikdə 4 məsələ durduğunu bildirdi və bu məsələlər ətrafında çıxışçılara söz verdi.  Gündəlikdə duran birinci məsələ “Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği sahəsində aparılan işlərin vəziyyəti barədə,  ikinci məsələ  “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin kommunal təsərrüfatı idarələri ilə əlaqəli işinin təşkili, vətəndaşların qəbulu və müraciətlərə baxılması vəziyyəti haqqında”,  üçüncü məsələ “Şəhər mühafizə şöbəsinin şəhər ərazisində mühüm əhəmiyyətli obyektlərin mühafizəsinin təşkilinin vəziyyəti haqqında”, dördüncü  məsələ  “Memarlıq  və  tikinti  şöbəsinin  2020-ci  ildə  həyata  keçirəcəyi  tədbirlər  haqqında” olmuşdur.  Məsələlər ətrafında çıxışçılar çıxış  etdikdən  sonra  şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyə  və  tapşırıqlarını verdi.

Esmira Hidayətova, Mingəçevir