Başçı sədrlərlə görüşüb

157

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  şəhid ailələri  və Qarabağ əlilləri ilə məşğul olan  cəmiyyətlərin sədrləri ilə görüşüb. İcra hakimiyyətinin başçısı cəmiyyət sədrlərini salamlayaraq onların qarşıdan gələn yeni təqvim ili münasibəti ilə təbrik edib. O həmçinin koronavirus pandemiyası ilə əlaqədar cəmiyyətin üzvləri ilə mütəmadi görüşə bilmədiyini də təəssüflə vurğulayıb.

Başçı qeyd edib ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu: “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq. Bu 200 ildə əldə olunan  tarixi bir hadisə idi”.

 

Qarabağ müharibəsi veteranı Natiq Həsənov, Şəhid ailələri cəmiyyətinin sədri İranə Həsənova çıxış edərək  ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bildiriblər ki, ölkə rəhbərliyi, eləcə də şəhərimizin icra başçısı İlham İsmayılov Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışırlar.

 

Qeyd edək ki, qarşıdan gələn yeni il təqvimi münasibəti  ilə Qarabağ əlillərinə və şəhid ailələrinə Mingəçevir şəhər İcra Hakimiyyəti fondundan 200 manat məbləğində pul yardımı edilib.

Esmira Hidayətova, Mingəçevir