Başçı onların təkliflərini də dinlədi

0
58

Mingəçevir şəhər İcra hakimiyyəti başçısı İlham İsmayılov Mingəçevir Turizm Kollecinin yeni tədris binasına baxış keçirib. İlk olaraq İcra başçısı kollecin yeni direktoru Səid Salayev ilə dəyirmi masa arxasında söhbət və müzakirələr aparıb.

Kollecin direktoru Səid Salayev rəhbərlik etdiyi bu təhsil ocağında sağlam mühitin formalaşmasına mənfi təsir göstərən hər bir amilin qarışısının alındığını,  tələbələrin keyfiyyətli şəkildə təhsil alması üçün lazımi şəraitin yaradıldığını qeyd etmişdir. Fəaliyyətə başladığı gündən bacarıqlı  kadrlara dəstək olan Səid Salayev cari ildə bir neçə gənc kadrı işlə təmin etmişdir.

Kollecdə görülən quruculuq, yenilənmə işlərinə baxış keçirən icra başçısı sonra ölkəmizdə aparılan abadlıq işləri barədə kollecin əməkdaşlarına geniş məlumat vermişdir. Qısa müddətdə kollecdə, müvafiq qanunvericilik qaydalarına uyğun sənədlərin saxlanılması üçün fəaliyyət göstərən “Arxiv” şöbəsində yenilənmə işləri aparılmış, sənədlərin vaxtı-vaxtında dövriyyəsi üçün “Ümumi şöbə” yaradılmışdır.

İcra başçısı kollecə baxış keçirdiyi zaman kollecdə fəaliyyət göstərən “Ümumi Şöbə”, “ Mühasibatlıq” , “İnsanresursları” , “Arxiv”, “ Əyani və qiyabi şöbə”, “ Tədris” şöbələrinə, “Akademik məsləhətçilər”, “Fənn Birlikləri”  və sinif otaqlarına baxış keçirmişdir. İcra başçısı Azərbaycanda elmin və təhsilin  inkişafıi stiqamətində görülmüş işlərdən danışmış, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhərində də təhsilin inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirildiyini qeyd etmişdir. Şəhər rəhbəri bu göstəricilərin daha da yüksəldilməsi üçün kollecin əməkdaşlarına tövsiyələrini çatdırmış, şəhərdə həyata keçirilən layihələrlə bağlı ətrafl ıməlumat vermiş, şəhərin inkişafı ilə bağlı onların təklif və tövsiyələrini dinləmişdir.

Esmira Hidayətova, Mingəçevir