Başçı onları diqqət mərkəzində saxlayır

0
128

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Mingəçevirdə də şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Belə ki, Mingəçevir  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  Vətən müharibəsi şəhidlərinin ailələrini və yaralı qaziləri müntəzəm olaraq ziyarət edir, onların problem və qayğıları ilə maraqlanır. İndiyədək bir şəhid ailəsinin bağ evindəki mənzilinə istilik sistemi çəkilib. 2 nəfər yaralı qazinin evlərinə  istilik sistemi,  3 nəfər şəhid ailəsinin evinə telefon və internet xəttinin çəkilişi aparılır. 1 şəhid ailəsinin  suya olan borcu ləğv edilib. Mingəçevir bağ massivində yaşayan şəhid ailəsinin evinə gedən yolun təmiri üçün isə tapşırıq verilib.  

Qeyd edək ki,  şəhid ailələri və qazilərimizlə keçirilən görüşlər zamanı onlar Prezidentimizin  xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıblar.

Esmira Hidayətova, Mingəçevir