Başçı bir daha bəyan etdi ki…

0
122

Başçı bir daha bəyan etdi ki…

2020-ci ilin əvvəlindən Mingəçevir  sağ və sol sahillərində, eləcə də Mingəçevir kəndi, Tərəvəzçilik, “Azərbaycan İES”,  və bir sıra digər yaşayış massivlərində abadlıq-quruculuq işləri aparılıb. Görülən bütün işlər sakinlərin ürəyincə olub. Şəhərin  “Dostluq” parkı ərazisində həyata keçirilən tədbirlər xüsusilə diqqət cəlb edir. Burada “Dövlət Rəmzləri” muzeyinin  və ona bitişik 200 nəfərlik örtülü yay salonunun istifadəyə verilməsi, eyni zamanda uşaq əyləncə, mini-futbol meydançalarının, musiqili fəvvarənin istifadəyə verilməsi böyük sevinclə qarşılanıb. Xaldan şossesi yaxınlığında “Nəsimi”  parkının yaradılması isə bu əraziyə xüsusi gözəllik bəxş edib.

Bütün bunlarla yanaşı, çoxmənzilli yaşayış binalarının fasadları, girişləri, dam örtükləri  yenilənib, bir çox məhəllələrdə,  parklarda, prospekt və küçələrdə asfalt örtükləri yenidən salınıb, işıqlandırma sistemləri yenidən quraşdırılıb. Hazırda şəhərin Puşkin, Nizami küçələrində, İncilli yaşayış massivi, “Şəfa” bağlar ərazisində  abadlıq işləri davam etdirilir.   Uzun illər diqqət və qayğıdan kənarda qalan bu yaşayış massivləri müasirləşdirilir. Bir sözlə, Mingəçevir inkişaf edir, gözəlləşir və sakinlərimizə zövq verir.

Şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov Mingəçevirə şəhər statusunun verilməsinin 72-ci ildönümü günündə “Qurucular”, “Bələdiyyə”, “Sağ sahil” parklarında  və  “Azərbaycan İES” yaşayış massivində quruculuq-abadlıq işlərinə baxış keçirərkən bir daha bəyan edib ki, şəhərdə abadlaşmayan məhəllə, park və xiyaban, prospekt və küçə qalmayacaq. Ölkə başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetiriləcəkdir. Mingəçeviri daha gözəl, daha firavan həyat gözləyir.

Esmira Hidayətova, Mingəçevir