“Barselona”, yoxsa “Liverpul”?

0
264

Mayın 1-də UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci qarşılaşması baş tutacaq.

Erkən final adlandırılan bu oyunda İspaniyanın “Barselona” klubu İngiltərənin “Liverpul” komandasını qəbul edəcək. “Liverpul” dörddəbir finalda Portuqaliyanın “Portu” kollektivini, kataloniyalılar isə İngiltərənin digər təmsilçisi “Mançester Yunayted”i mübarizədən kənarlaşdırıb.

Görüş öncəsi meydan sahiblərinin heyətində itki yoxdur. Qonaqlarda isə yalnız Adam Lallana və Roberto Firminonun oyuna çıxıb-çıxmayacağı sual altındadır.

“Barselona” cari mövsüm UEFA Çempionlar Liqasında heç bir görüşdə məğlub olmayıb. “Liverpul” isə qrup mərhələsindəki səfər oyunlarının hamısından məğlubiyyətlə ayrılıb.

Komandalar arasındakı cavab oyunu mayın 7-də keçiriləcək.

Xatırladaq ki, yarımfinal mərhələsinin ilk qarşılaşmasında Hollandiyanın “Ayaks” klubu səfərdə İngiltərənin “Tottenhem” komandasına minimal hesabla qalib gəlib – 0:1.