“Barselona” uduzdu

40

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda daha 5 oyun keçirilib.

A qrupunda İngiltərə “Liverpul”u evdə Niderland “Ayaks”ını çətinliklə məğlub edib. Şotlandiyada “Reyncers” və İtaliya “Napoli”si arasında oynanılmalı olan qarşılaşma Böyük Britaniya kraliçası II Elizabetin dəfni öncəsi tədbirlərlə əlaqədar 14 sentyabra təxirə salınıb.

B qrupunda “Portu” Portuqaliyada Belçika “Brügge”sinə böyük hesabla uduzub. Almaniyada “Bayer” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında keçirilən görüşdə Bundesliqa təmsilçisi inamlı qələbə qazanıb.

Gecənin ən prinsipial və maraqla gözlənilən matçı C qrupunda baş tutub. Qrup mərhələsinə 3 xalla start verən Almaniya “Bavariya”sı ilə İspaniya “Barselona”sı Münhendə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Çempionarl Liqası

Qrup mərhələsi, II tur

13 sentyabr

A qrupu

23:00. “Liverpul” (İngiltərə) – “Ayaks” (Niderland) – 2:1

Qollar: Məhəmməd Salah, 17. Joel Matip, 89 – Məhəmməd Kudus, 27

Xal durumu: “Napoli” – 3 (1 oyuna). “Liverpul” – 3. “Ayaks” – 3. “Reyncers” – 0 (1 oyuna).

B qrupu

23:00. “Portu” (Portuqaliya) – “Brügge” (Belçika) – 0:4

Qollar: Ferran Hutqla, 15 (penalti). Kamal Sova, 47. Andreas Skov Olsen, 52. Antonio Nusa, 90

23:00. “Bayer” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya) – 1:0

Qol: Robert Andrix, 84

Xal durumu: “Brügge” – 6. “Bayer” – 3. “Atletiko” – 3. “Portu” – 0

C qrupu

20:45. “Viktoriya” (Plzen, Çexiya) – “İnter” (İtaliya) – 0:2

Qollar: Edin Dzeko, 20. Denzel Dumfris, 71

Qırmızı vərəqə: Pavel Buça, 61 (“Viktoriya”)

23:00. “Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) – 2:0

Qollar: Lukas Ernendes, 51. Leroy Sane, 54

Xal durumu: “Bavariya” – 6. “Barselona” – 3. “İnter” – 3. “Viktoriya” – 0

D qrupu

20:45. “Sportinq” (Portuqaliya) – “Tottenhem” (İngiltərə) – 0:2

Qollar: Juan Paulu Diaş Fernandeş, 90. Artur Qomes, 90+3

23:00. “Marsel” (Fransa) – “Ayntraxt” (Frankurt, Almaniya) – 0:1

Qollar: Yesper Lindström, 43

Xal durumu: “Sportinq” – 6 (2 oyuna). “Tottenhem” – 3 (2 oyuna). “Marsel” – 0. “Ayntraxt” – 0.