“Barselona” finala yüksəldi

0
244

Fevralın 27-də İspaniya Kral Kubokunda ilk finalçının adına aydınlıq gəlib. A “Barselona” klubu “El Klassiko”da əzəli rəqibi “Real Madrid”i səfərdə böyük hesabla (3:0) məğlubiyyətə uğradaraq İspaniya Kubokunun finalına yüksəlib. Kataloniya təmsilçisinin heyətində Luiz Suares dubl edib, digər qolu isə Rafael Varan öz qapısına vurub.

Kataloniyada keçirilən ilk görüş 1:1 hesabı ilə yekunlaşdığından, “Barselona” finala vəsiqə qazanan tərəf olub.

Digər finalçının adına isə “Valensiya”-“Betis” matçından sonra aydınlıq gələcək. Komandalar arasında keçirilən ilk görüş 2:2 hesabı ilə başa çatıb.

“Real” – “Barselona” – 0:3
Qollar:
 Suarez, 50, Varan, 69-avtoqol, Suarez, 73-pen.
İlk oyun – 1:1
Baş hakim: Xose Mariya Sançes Martines