Bali adasının 100 min sakini təxliyə olunur

0
455

İndoneziyanın təbii fəlakətlərlə mübarizə agentliyi noyabrın 27-də 100 min insanı Aqunq vulkanı ətrafındakı potensial təhlükə zonasını tərk etməyə çağırıb. Fox News telekanalının yaydığı məlumata görə, təxliyə zonası vulkanın kraterindən 10 kilometr radiusda yerləşən əraziləri əhatə edir. Həmçinin püskürmə ilə əlaqədar Bali adasında aeroport bağlanıb. Bunun nəticəsində 60 minə yaxın turist adanı tərk edə bilmir. Hava limanının sabaha qədər bağlı qalacağı gözlənilir.

Ötən şənbə günü vulkanın həftə ərzində ikinci püskürməsi baş verib. Vulkanik kül kraterdən 1500 metr hündürlüyə qalxıb. Püskürmənin yaratdığı təhlükə səviyyəsi maksimumadək qaldırılıb.

Xatırladaq ki, sentyabrın sonlarında Aqunq vulkanının aktivləşməsi səbəbindən Bali adasının bütün ərazisində fövqəladə vəziyyət elan edilmiş və təhlükəsizlik mülahizələrinə əsasən 144 min insan təxliyə olunmuşdu. Sonradan püskürmənin təhlükə səviyyəsi aşağı salınmışdı. azərtac