Balaca rəssam “düşüncələrini” sərgilədi

967

Mingəçevir Rəsm Qalareyasında Mingəçevir şəhərindəki 16 saylı məktəbin 5-ci sinif şagirdi Nailə Əhmədlinin “Mənim düşüncələrim” adlı yaradıcılıq sərgisi  keçirilib. Balaca fırça ustasının sərgiyə təqdim etdiyi əsərləri yüksək dəyərləndirən qalareyanın müdiri Böyükkişi Adilbəyli rəssamın sənət istedadlarından söz açıb. Vurğulayıb ki, sərginin ekspozisiyasında nümayiş olunan 50 sənət əsəri mövzu və məzmun baxımından cəlbedicidir.

 

Balaca rəssamın yoldaşları da onun əl işlərini bəyəndiyini bildiriblər. Nailənin rəssam kimi yetişməsində böyük əməyi olan müəllimi rəssam Rafael Zeynalov Nailə gələcəyin modelyeri olmaq arzusundadır.

 

Saytımıza açıqlama verən Nailə ilk dəfə atasının şəkilini çəkdiyini bildirməklə yanaşı, gələcək tablolarında ailə mövsuna geniş yer verəcəyini bildirib.

Esmira Hidayətova, Mingəçevir