Bakıxanovun yubiley tədbiri keçiriləcək

331

İyunun 20-də Qubada görkəmli yazıçı, alim və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

 Mədəniyyət və Turizm Nazirliyindən apa-ya verilən məlumata görə, tanınmış elm və mədəniyyət xadimlərinin, müvafiq dövlət strukturlarının və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi mərasimdə Abbasqulu ağa Bakıxanovun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq.

Qeyd edək ki, tədbir prezidentin “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq dövlət strukturları ilə birgə hazırladıqları tədbirlər planına müvafiq olaraq keçiriləcək.