Bakıda Zəfər yürüşü keçirilir

38

Noyabrın 8-də Zəfər Günü ilə əlaqədar Bakıda yürüş keçirilir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə başlayan Zəfər yürüşü Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.

Yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və Qələbə ruhunda mahnı və marşlar səsləndirilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə daşıyırlar. Yürüşü süvari dəstə müşayiət edir.

Zəfər yürüşü “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan fləşmobla başa çatacaq. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası nümayiş etdiriləcək.