Bakıda keçiriləcək dörddəbir final matçının ilk iştirakçısı müəyyənləşib

35

İyunun 26-da futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə Uels-Danimarka oyunu ilə start verilib. Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilən görüş Danimarka millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Danimarkalıların heyətində Kasper Dolberq (27, 48), Yoakim Mehle (88) və Martin Brautvey (95+5) fərqləniblər.

Danimarka növbəti mərhələdəkı oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İyulun 3-də Bakıda keçiriləcək dörddəbir final mərhələsində bu komandanın rəqibi Niderland – Çexiya duelinin qalibi olacaq. Bu komandalar bu gün Budapeştdə üz-üzə gələcəklər.