Bakıda keçiriləcək dörddəbir final matçının Çexiya Danimarka ilə qarşılaşacaq

41

İyunun 27-də futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinin daha bir oyunu keçirilib.

Budapeştdəki “Puşkaş Arena”da keçirilən görüşdə Niderland millisi Çexiya seçməsi ilə qarşılaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə hesab açılmayıb. Fasilədən sonra çexiyalılar ardıcıl iki qol vuraraq dörddəbir finala çıxıb. Çexiya millisinin heyətində Tomas Holes və Patrik Şık fərqləniblər.

Qeyd edək ki, matçın 55-ci dəqiqəsində Niderland millisinin müdafiəçisi Matteus De Liqt qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.

Çexiya millisi növbəti mərhələdə Danimarka seçməsi ilə qarşılaşacaq. Həmin görüş iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək.