Bakıda Beynəlxalq Memarlıq Festivalı keçiriləcək

0
285

Sentyabrın 21-dən 25-dək Bakıda Azərbaycan Memarlar İttifaqının və Moskva Memarlar İttifaqının təşkilatçılığı ilə “Eko–Sahil” Beynəlxalq Memarlıq Festivalı keçiriləcək.

Bu barədə Memarlar İttifaqından bildirilib.

Festival çərçivəsində bir sıra əhəmiyyətli tədbirlər – “Bakı şəhərinin sahilyanı dəniz sənaye zonasının ictimai məkanlar üçün regenerasiyası” mövzusunda açıq memarlıq-şəhərsalma müsabiqəsi, “Bakının sahilboyu ərazilərinin problemləri və inkişaf perspektivləri” mövzusunda elmi konfrans, tematik sərgilər, seminarlar, ustad dərsləri və s. keçirilməsi nəzərdə tutulub.