Bakıda 15-16 min taksi minik avtomobili faəliyyət göstərir

411

“Son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamiylə aradan qaldırılıb. Bakı Nəqliyyat Agentliyi (BNA) taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə müəyyən tədbirlər həyata keçirilib”. Bu barədə BNA-nin rəhbəri Vüsal Kərimli bildirib. O qeyd edib ki, taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə (sürücülərin soyadı, əlaqə nömrələri və texniki göstəriciləri), həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb: “Təqribi hesablamalara əsasən hazırda Bakı şəhərində 15-16 min taksi minik avtomobili faəliyyət göstərir. Bu sahədə aparılan işlər nəticəsində son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamiylə aradan qaldırılıb. Taksi xidmətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də duracaqların yaradılması ilə bağlıdır. Bu məsələnin həlli şəhərin tıxac probleminin aradan qaldırılması baxımından da önəmlidir. Aparılan araşdırmalarla Bakı şəhərində ümumilikdə 160 taksi duracağı təsbit edilib. Artıq bu duracaqlardan 79-u invertarlaşdırılaraq sürücülərin ixtiyarına verilib. Digər duracaqlarla bağlı da iş davam etdirilir. Duracaqların invertarlaşdırılması zamanı əsas diqqət bu məntəqələrin yerləşdiyi ərazidə digər hərəkət iştirakçıları üçün maneə yaratmasıdır”. apa