Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabrda başa çatacaq

427

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn ay başa çatacaq. Bu barədə “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib. O bildirib ki, hazırda Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir. Tikinti başa çatdıqdan sonra, gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq. Nazir qeyd edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə işlər aparılır. fins.az