Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı oktyabrın 30-da keçiriləcək

415

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tbilisidə gürcüstanlı həmkarı Mixeil Canelidze ilə görüşdə məlumat verib. Nazir deyib ki, açılış mərasimində bir sıra dövlətlərin nümayəndə heyətləri iştirak edəcək.

Elmar Məmmədyarov Mixeil Canelidzeni mərasimə dəvət edib.